Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində mal ehtiyatları indeksi artıb

Azərbaycanın pərakəndə ticarət şəbəkəsində mal ehtiyatları indeksi artıb
# 24 avqust 2010 06:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektləri üzrə mal ehtiyatları indeksi 2010-cu ilin iyul ayı üzrə 107,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, iyun ayı üzrə bu göstərici 98,8%-ə bərabər olub. Müqayisə üçün qeyd edək ki, mayda pərakəndə ticarət müəssisələri üzrə mal ehtiyatları indeksi 100,8%, apreldə isə 105% təşkil edib.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır. Mal ehtiyatları indeksinin artması ilk növbədə pərakəndə ticarət şəbəkəsində satış həcminin azalmasını əks etdirir. Bu səbəbdən də indeksin artması makroiqtisadi baxımdan mənfi, azalması isə müsbət göstəricidir. İyul ayında mal qağılıqların artması ilk növbədə mövsümi amillərlə bağlı olub ki, bu zaman məzuniyyət dövrü olduğundan ümumilikdə ticarətdə müəyyən dərəcədə durğunluq yaranır.

Xatırladaq ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi yanvarın 1-nə 125,6 mln. manat, fevralın 1-nə 110,9 mln. manat, martın 1-nə 113,4 mln. manat, aprelin 1-nə 119,1 mln. manat, mayın 1-nə 120,1 mln. manat, iyunun 1-nə 121 mln. manat, iyulun 1-nə 119,5 mln. manat, avqustun 1-nə isə 128,2 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR