Bank Of Baku

Bu il Azərbaycanda 68 adda məhsulun istehsal və satışı qadağan edilib

Bu il Azərbaycanda 68 adda məhsulun istehsal və satışı qadağan edilib
# 24 avqust 2010 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 68 adda məhsulun istehsal və satışına qadağa qoyulub.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə 1 145 təsərrüfat subyektində məhsul və malların keyfiyyətinə dövlət nəzarəti tədbirləri həyata keçirib. Ərazi Dövlət Nəzarəti İdarələrinin apardıqları monitorinqlər nəticəsində ümumi dəyəri 229,7 min manat olan məhsulun normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən edilib. Komitə tərəfindən təsərrüfat subyektlərinin rəhbərlərinə 232 adda məhsulun istehsalı ilə bağlı iradnamə, 68 adda məhsulun istehsal və satışını qadağan edən tələbnamə verilib.

Ümumilikdə cari ilin ilk 7 ayı ərzində qanunvericiliyin tələblərini pozan müəssisə rəhbərlərinə İnzibati Xətalar Məcəlləsinə əsasən 102,7 min manat cərimə kəsilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR