Bank Of Baku

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müsabiqə elan edib

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müsabiqə elan edib
# 24 avqust 2010 11:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi MDB ölkələri arasında keyfiyyət sahəsində (istehsal və göstərilən xidmətlər üzrə) əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə müsabiqə elan edib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, müsabiqə 2 mərhələdə keçirilir. Müsabiqənin I mərhələsi MDB üzv dövlətlərinin milli orqanları tərəfindən aparılır. Müsabiqədə iştirak etmək istəyən təşkilatlar (fiziki və ya hüquqi şəxslər) müsabiqənin qaydalarına (qaydalar təqdim ediləcək) müvafiq olaraq keyfiyyətlə bağlı sənədlər toplusunu (70 səhifədən çox olmamaq şərti ilə) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etməlidir.

Müsabiqənin qalibləri Dövlət Komitəsi tərəfindən gələn ilin yanvarın 1-də xüsusi komissiya heyəti tərəfindən müəyyən ediləcək. Birinci mərhələnin qaliblərinin II mərhələdə iştirakı üçün qaliblər haqqında məlumatlar və sənədlər toplusu Dövlət Komitəsi tərəfindən Dövlətlərarası Şuraya təqdim ediləcək. Müsabiqədə iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər 2010-cu il sentyabırın 30-dək sifariş təqdim etməlidir. Sifarişlər iki dildə (Azərbaycan və rus dillərində) Dövlət Komitəsinə təqdim olunmalıdır.

Müsabiqədə iştirak etmək üçün iştirakçılar MDB üzv dövlətləri arasında seçimdə iştirak etmək səviyyəsi, 2 il müddətindən az olmamaq şərti ilə istehsal edilən məhsulun (göstərilən xidmətin) yüksək keyfiyyətliliyinin təsdiqi, istehsal edilən məhsulun (göstərilən xidmətlərin) ikidən az olmamaq şərti ilə MDB üzv dövlətlərinə ixrac edilməsi (və ya xidmətlərin göstərilməsi) şərtlərinə cavab verməlidir.

Qeyd edək ki, müsabiqədə sənaye və xalq istehlakı malları istehsal edən (xidmət göstərən) təşkilatlar (fiziki və ya hüquqi şəxslər) iştirak edə bilər. Müsabiqənin II mərhələsi Dövlətlərarası Şura tərəfindən keçiriləcək, 2011-ci ilin dekabr ayında MDB üzv dövlətləri arasında qaliblər müəyyən ediləcək.

Əlaqə telefonu: (+994 12) 449-99-59.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR