Bank Of Baku

Azpromo xarici investorlara təqdim etmək üçün yerli iş adamlarından investisiya layihələrini toplayır

Azpromo xarici investorlara təqdim etmək üçün yerli iş adamlarından investisiya layihələrini toplayır
# 24 avqust 2010 14:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə iqtisadiyyatın qeyri-neft sektorunun sahələrini əhatə edən və xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir.

Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.

İnvestisiya layihələri «adı və həyata keçiriləcəyi yer», «məqsədi və təsviri», «dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü», «həyata keçirilmə və özünü ödəmə müddəti», «həyata keçirən şirkət/benefisiar barədə məlumat, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri» kimi məlumatları özündə əks etdirməlidir.

İnvestisiya layihələri Azərbaycan və ingilis dillərində qəbul olunur. Əlaqə telefonu: (+994 12) 598-01-47.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR