Bank Of Baku

Moskvada daha iki nəhəng bazar qapadılır

Moskvada daha iki nəhəng bazar qapadılır
# 26 avqust 2010 09:08 (UTC +04:00)
APA-Economics”in “RBK daily”yə istinadən xəbərinə görə, bunlar məişət texnikasının, audio və video məhsulların satıldığı “Qorbuşka” və “Qorbuşkin dvor” ticarət mərkəzləridir.

Ticarət mərkəzlərinin qapadılmasına səbəb orada külli miqdarda saxta (lisenziyasız) məhsulların, o cümlədən 26 min pirat diskin satılmasının aşkarlanması olub. Yaxın günlərdə prokurorluq orqanlarının adı çəkilən obyektlərin müvəqqəti bağlanması barədə qərarının açıqlanması gözlənilir. Onların tam qapadılmasına isə məhkəmə qərar verməlidir.

Qeyd edək ki, sahəsi 14 min kv. m olan “Qorbuşka”da 500, sahəsi 60 min kv. m olan “Qorbuşkin dvor”da isə 3000 mağaza fəaliyyət göstərir. Birincini ay ərzində 300 min, ikincini isə 500 min nəfər ziyarət edir.

Xatırladaq ki, Moskvada məşhur azərbaycanlı iş adamı Telman İsmayılova məxsus “Çerkizov” bazarı da saxta (lisenziyasız) məhsulların satılması səbəb göstərilərək 29 iyun 2009-cu ildə Rusiyanın müvafiq qurumları tərəfindən qapadılıb. Bazarın tam sökülməsi üçün dörd il vaxt tələb olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR