Bank Of Baku

Kürdəmirdə sahibkarlar üçün “Biznes planların hazırlanması” mövzusunda treninq keçirilib

Kürdəmirdə sahibkarlar üçün “Biznes planların hazırlanması” mövzusunda treninq keçirilib
# 27 avqust 2010 13:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı və Kürdəmir rayon İcra Hakimiyyətinin dəstəyi ilə Kürdəmirdə sahibkarlar üçün “Biznes planların hazırlanması” mövzusunda treninq keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin, Kürdəmir rayon İcra Hakimiyyətinin, Aran iqtisadi rayonu üzrə kənd təsərrüfatı idarəsinin nümayəndələri, eləcə də 120-yə yaxın sahibkar iştirak edib.

Treninqdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, müştəri tələbatı, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamın təşkili barədə sahibkarlara ətraflı məlumat verilib.

Tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalının təqdimatı da keçirilib. Təqdimatda portalının biznesin təşkili və inkişafı üçün yaratdığı imkanlar, portaldan istifadə qaydaları barədə sahibkarlara ətraflı məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR