Bank Of Baku

Gədəbəy rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Gədəbəy rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
# 30 avqust 2010 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – Apa-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Gədəbəy rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Gədəbəy rayonu üzrə kartof saxlanılması üçün ümumi tutumu 5 min ton olan soyuducu anbar kompleksinin tikilməsi, təbii mineral suları birbaşa mənbəyindən qablaşdırmaqla, illik istehsal gücü 500 min litr olan müasir tələblərə cavab verən (təbii, mineral, şirinləşdirilmiş mineral və qazlı su) su istehsalı zavodunun tikilməsi və ya yenidən qurulması, illik istehsal gücü minimum 1 000 ton ət və ya 10 min ton süd olan emal müəssisələrinin yaradılması, kiçik və ya orta həcmli kartof emalı (kartofun təmizlənməsi və qablaşdırılması, kartof unu, çipsi və s. məhsulların istehsalı) müəssisəsinin yaradılması, illik istehsal gücü 15-20 min ton olan müasir tələblərə cavab verən çörək istehsalı müəssisəsinin inşası, illik istehsal gücü 1 000 ton olan müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə (o cümlədən cır meşə meyvələri) emalı (meyvələrin qurudulması və konservləşdirilməsi) müəssisələrinin tikintisi, arıçılığın inkişafı (o cümlədən balın sənaye üsulu ilə emalı və qablaşdırılması), həmçinin kartofçuluğun inkişafı məqsədi ilə toxumçuluq təsərrüfatının yaradılması sahələrin inkişafı məqsədəuyğun hesab olunub.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 432-39-69.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR