Bank Of Baku

Ağstafada “Biznesdə risklərin idarə edilməsi” mövzusunda treninq keçirilib

Ağstafada “Biznesdə risklərin idarə edilməsi” mövzusunda treninq keçirilib
# 30 avqust 2010 15:51 (UTC +04:00)
Bakı - APA-Economics. Ağstafa rayonunun Poylu kəndində Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün “Biznesdə risklərin idarə edilməsi” mövzusunda treninq keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Bakı Biznes Tədris Mərkəzinin, Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndələri və 10-dan çox fermer iştirak edib.

Treninqdə risklərin mahiyyəti və məzmunu, risklərin idarə edilməsi sistemi, biznesdə risklərin azaldılması yolları, risklərin idarə edilməsi və biznesin sığortalanması barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Tədbir çərçivəsində həmçinin, fermerlərə metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.

Bakı Biznes Tədris Mərkəzi sahibkarların məlumatlandırılması məqsədilə digər rayonlarda da tədbirlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR