Sabahdan Moskvada spirtli içkilərin gecə vaxtı satışı qadağan olunacaq

Sabahdan Moskvada spirtli içkilərin gecə vaxtı satışı qadağan olunacaq
# 31 avqust 2010 09:40 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya ərazisində axşam və gecə vaxtı spirtli içkilərin satışına qadağa gələn il yanvarın 1-dən qüvvəyə minə bilər.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, müvafiq qanun layihəsi artıq Dövlət Dumasına təqdim olunub.

Sənədə əsasən, qadağa gecə saat 12.00-dan səhər saat 8:00-a qədər ictimai iaşə müəssisələri istisna olmaqla hər yerdə qüvvədə olacaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri qadağanın daha da sərtləşdirilməsini təklif edirlər. ÜST təmsilçisi Datya Xalturina qadağanın axşam saat 10:00-dan səhər saat 10:00-a qədər qüvvədə olmasının zəruriliyini bəyan edib. Moskva şəhər Duması isə axşam saat 7:00-dan səhər saat 11:00-a qədər, eləcə də şənbə və bazar günləri alkoqol satışına qadağa qoyulması təşəbbüsü ilə çıxış edib.

Qeyd edək ki, sabahdan - sentyabrın 1-dən etibarən Moskvada axşam saat 10:00-dan səhər saat 10:00-a qədər spirtli içkilərin satışı qadağan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR