Bank Of Baku

Bakıda Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı aparılan islahatlar və onların özəl sektora təsirinə dair seminar keçiriləcək

Bakıda Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı aparılan islahatlar və onların özəl sektora təsirinə dair seminar keçiriləcək
# 31 avqust 2010 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 1-də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və onun Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramının (TIRPS) birgə təşkilatçılığı ilə Bakıda «Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi çərçivəsində aparılan islahatlar və onların özəl sektora təsiri» mövzusunda seminar keçiriləcək.

USAID-dən «APA-Economics»ə verilən məlumata görə, seminarda diqqət əsasən Azərbaycanın ÜTT-yə üzvlük prosesi və bunun özəl sektora təsiri barədə müzakirələrə yönəldiləcək. Tədbirjə müxtəlif QHT, özəl biznes və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak edəcək.

Seminarda digər mövzulara «Digər ölkələrin ÜTT üzvlük təcrübəsi: Vyetnam, Moldova və Rusiya» və «Azərbaycanın ÜTT-yə üzvlüyünə dəstək koalisiyası və onun fəaliyyəti» aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR