Bank Of Baku

Bəxtiyar Alışov: «Azərbaycan ÜTT-yə ən əlverişli şərtlərlə üzv olmaq niyyətindədir»

Bəxtiyar Alışov: «Azərbaycan ÜTT-yə ən əlverişli şərtlərlə üzv olmaq niyyətindədir»
# 01 sentyabr 2010 12:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın Ümumi Ticarət Təşkilatına (ÜTT) üzv olması prosesində hökumətin məqsədi bu təşkilata ölkəyə ən əlverişli şərtlərlə daxil olmaqdır. «APA-Economics»in məlumatına görə, bunu İqtisadi İnkişaf Nazirliyinin xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov bildirib.

Əlverişli şərtlərə gəldikdə B.Alışov vurğulayıb ki, Azərbaycan hökumətinin diqqət mərkəzində olan məsələlərdən biri ölkənin yerli istehsalın, xüsusən də aqrar sahəsinin müdafiəsidir. Qeyd edək ki, ÜTT tərəfindən üzv ölkələrə qarşı irəli sürülən tələblərin sırasında idxal rüsumlarının aşağı salınması ilə yanaşı aqrar sahədə subsidiyaların aradan qaldırılmasıdır. Azərbaycan hökuməti isə öz növbəsində həmin sahəyə müxtəlif alətlər vasitəsilə subsidiyaların Ən azı ilkin mərhələdə verilməsinin tərəfdarıdır. Azərbaycan rəsmiləri hesab edirlər ki, subsidiyaların aradan qaldırılması və bununla paralel idxal rüsumlarının endirilməsi yerli istehsala ciddi zərbə vuracaq.

B.Alışovun sözlərinə görə, bu və digər məsələlər danışıqlar vasitəsi ilə həll olunur və bu prosesdə irəliləyiş var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR