Bank Of Baku

Qusar rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Qusar rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb
# 02 sentyabr 2010 09:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.

SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, Qusar rayonu üzrə meyvə, tərəvəz, eləcə də digər ərzaq məhsullarının saxlanılması üçün tutumu 10 min tonadək olan soyuducu anbar komplekslərinin yaradılması, mineral suların qablaşdırılması üçün istehsal müəssisəsinin yaradılması, intensiv bağçılıq, tingçilik, tərəvəzçilik (kartof və soğan), o cümlədən istixana şəraitində tərəvəz məhsullarının yetişdirilməsi, illik istehsal gücü 10-12 min ton olan müasir tələblərə cavab verən çörək istehsalı müəssisəsinin yaradılması, müasir tələblərə cavab verən kiçik və ya orta həcmli meyvə (o cümlədən cır meşə meyvələri) emalı (meyvələrin qurudulması) müəssisələrinin yaradılması, ət, süd və tərəvəz emalı müəssisələrinin yaradılması, intensiv südlük istiqamətli heyvandarlıq kompleksinin yaradılması, turizmin inkişafının dəstəklənməsi, qədim xalq sənətkarlığının, o cümlədən xalçaçılığın inkişafının dəstəklənməsi sahələri prioritet hesab olunub.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-a müraciət edə bilər.

Əlaqə telefonu: (+994 12) 432-39-69.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR