Bank Of Baku

Saxlama müddəti ötmüş 512 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 512 kq ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib
# 02 sentyabr 2010 15:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı və regionlarda keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində, S.Yesenin küçəsi, ev 98A ünvanında yerləşən «Elit market»də, S.Yesenin küçəsi, ev 92 ünvanında yerləşən «Abşeron market»də, S.Yesenin küçəsi, 62 ünvanında yerləşən «Rəfi market»də, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 8/12 ünvanında yerləşən «De Luxe market»də, Yasamal rayonu H.Cavid prospekti, 546-cı məhəllə, mənzil 202 ünvanında yerləşən «Kazbek market»də, H.Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən «Universal Ləzzət supermarket»də, Naxçivani küçəsi, 14 ünvanında yerləşən «Qurman market»də, Səbail rayonu, R.İsgəndərov küçəsi, ev 2, mənzil 2 ünvanında yerləşən «Mozayka market»də, Q.Abbasov küçəsi,54 ünvanında yerləşən «Manuçehir market»də, Nəsimi rayonu, Azadlıq prospekti, 103 ünvanında yerləşən «Proqres market»də, H.B.Əliyev küçəsi,40 ünvanında yerləşən «Xəzər market»də, 2-ci mikrorayon, H.B.Əliyev küçəsi, ev 15 ünvanında yerləşən «Sultan Əhməd mini market»də, V.Plotnikov küçəsi, ev 8 ünvanında Rövşən Abbasova məxsus mağazada, A.Məhərrəmov küçəsi, 20A ünvanında Vilayət Məmiyevə məxsus mağazada, A.Məhərrəmov küçəsi, ev 64 ünvanında yerləşən «Ucuz market»də, Nərimanov rayonunda Ü.Bünyadzadə küçəsi, 17 ünvanında yerləşən «Makro market»də, Kürdəmir rayonu, Vaqif küçəsində Adil Aliyevə və Mehman Əhmədova məxsus mağazalarda, Balakən rayonu S.Gözəlov küçəsində yerləşən «Orxan» mağazasında, H.Əliyev prospektində yerləşən «İnter-market»də, Quba rayonu, Bazar ərazisi, 22-ci məhəllədə Mövlüd Əliyevə məxsus mağazada, Gəncə şəhəri, Z.Tağıyev küçəsi, ev 89 ünvanında yerləşən «Rəşid market»də, Ə.Əliyev küçəsi, ev 86 ünvanında Esmira Məmmədovaya məxsus mağazada, Lənkəran şəhərində Bakı-Astara şosesində Elnur Talıbova məxsus mağazada ümumi çəkisi 512 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, tamlı məhsullar, dənli məhsullar, un məmulatları, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, pivə və meyvə şirələri satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR