Bank Of Baku

İlin sonuna kimi Azərbaycanın 20 rayonunda vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının inşasına başlanacaq

İlin sonuna kimi Azərbaycanın 20 rayonunda vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının inşasına başlanacaq
# 04 sentyabr 2010 12:13 (UTC +04:00)
Xaçmaz. Elnur Hüseynquliyev-APA. Bu ilin sonuna qədər Azərbaycanın 20 rayonunda vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının inşasına başlanacaq. APA-nın məlumatına görə, bu barədə Xaçmaz rayonunda vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının açılış mərasimində Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Xaçmaz kompüter terminalı üzrə mütəxəssisi Qazəhməd Şahbazov bildirib.

Hazırda ölkə üzrə 16 kompüter terminalının olduğunu deyən Q. Şahbazovun sözlərinə görə, terminallarda xidmət işi ASK tərəfindən təşkil olunur.

ASK nümayəndəsi artıq Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin ərazisində – Şabran və Qusar rayonlarında kompüter terminallarının tikintisinə başlandığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR