Bank Of Baku

Bu ilin aprel-avqust ayları ərzində Azərbaycanda 764 əmtəə nişanı qeydiyyatdan keçib

Bu ilin aprel-avqust ayları ərzində Azərbaycanda 764 əmtəə nişanı qeydiyyatdan keçib
# 06 sentyabr 2010 09:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin aprel-avqust ayları ərzində Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 39 ixtiraya, 7 sənaye nümunəsinə patent verilib, 764 əmtəə nişanı isə qeydiyyatdan keçib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi nəşrləri olan “İxtiralar. Faydalı modellər. Sənaye nümunələri” və 2Əmtəə nişanları və coğrafi göstəricilər” bülletenlərinin yeni sayı çapdan çıxıb. Bülletenlərə Azərbaycanın dövlət reyestrinə daxil edilmiş əmtəə nişanları, ixtira, sənaye nümunəsi, faydalı model patentləri haqqında ətraflı məlumatlar daxil edilib.

Qeyd edək ki, ixtiralara misal olaraq toxumların mayedə çeşidlənməsi üsulu və qurğusu, qarğıdalıdöyən, tərəvəz aşqarlı bişmiş kolbasa hazırlanması üsulu, quruducu qurğu, yanğının söndürülməsi üçün köpük əmələgətirici, borat turşusunun çıxarılması üsulu, asetonun alınma üsulu, gəmi dizelləri üçün motor yağı, üzümü qırmızı üsulla emal edən qurğu və s. göstərmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR