Bank Of Baku

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Meksika nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Meksika nümayəndə heyəti ilə görüş keçirilib
# 06 sentyabr 2010 12:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycanda səfərdə olan Meksika nümayəndə heyəti və Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri Sahil Babayev Azərbaycan iqtisadiyyatı, ölkənin investisiya imkanları barədə məlumat verib və qeyd edib ki, hazırda Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb, ixrac imkanları genişlənib. Eyni zamanda S.Babayev meksikalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmağa dəvət edib.

Görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Adil Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev isə qurumun fəaliyyəti və həyata keçirilən layihələr barədə təqdimatla çıxış ediblər.

Tədbirdə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı, Meksikalı investorların Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR