Bank Of Baku

Sabirabadda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib

Sabirabadda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib
# 08 sentyabr 2010 13:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Sabirabad rayonunda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda növbəti tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Siyavuş Mustafayev, Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Fərid İsayev və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin baş məsləhətçisi Amil Məmmədov çıxış edərək ölkə iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri kimi sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsinin, onların zəruri nəzəri biliklərə, praktiki bacarıqlara malik olmasının, beynəlxalq təcrübənin öyrənilməsinin, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsinin əhəmiyyətini vurğulayıb, biznes tədrisi sisteminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində Bakı Biznes Tədris Mərkəzi tərəfindən görülən işlər barədə məlumat verib.

Tədbir çərçivəsində həmçinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Nürəddin Eynullayev sahibkarlar üçün «Biznesdə risklərin idarə edilməsi» və «Biznesin sığortalanması» mövzularında məruzələrlə çıxış edib və təqdimatlar keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR