Bank Of Baku

Kuba hökuməti dövlət sektorunda yarım milyon iş yerini ixtisar edəcək

Kuba hökuməti dövlət sektorunda yarım milyon iş yerini ixtisar edəcək
# 14 sentyabr 2010 08:37 (UTC +04:00)
Bakı - APA-Economics. Kuba hökuməti dövlət sektorunda iş yerlərinin kütləvi ixtisarına başlayır.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, yarım milyona yaxın iş yeri Kuba prezidenti Raul Kastronun bu ilin avqust ayında elan etdiyi ixtisar planı artıq işə salınır.

Plana əsasən, 2011-ci ilin aprel ayınadək yarım milyona yaxın iş yeri ixtisar olunacaq. İxtisar olunan işçilərin yeni iş tapması üçün Kuba hökuməti özəl sahibkarlığa qoyulmuş bir sıra məhdudiyyətləri ləğv etməyə söz verib.

Rəsmi məlumatlara görə, Kuba iqtisadiyyatının müxtəlif sahələrində 5,1 mln. nəfər çalışır. Bu ay başlanacaq ixtisarlar Kubanın işləyən əhalisinin 10%-ni əhatə edəcək. Ekspertlərin fikrincə, Kuba iqtisadiyyatının cəmi 5%-ni təşkil edən özəl sektor ixtisara salınan bütün işçiləri işlə təmin etmək gücündə olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR