Bank Of Baku

İmişli şəkər zavodunda şəkər bayramı keçirilib

İmişli şəkər zavodunda şəkər bayramı keçirilib
# 14 sentyabr 2010 11:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azersun Holding»ın İmişli rayonundakı şəkər zavodunda şəkər bayramı keçirilib.

«Azərsun»dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə hər il olduğu kimi, 2009-cu ilin yekununda başqalarından fərqlənərək hektardan yüksək məhsul əldə edən 250 mülkiyyətçiyə şəkər tozu hədiyyə olunub.

1-ci yer tutan mülkiyyətçi Elşad Cavadova (İmişli rayonu) 500 kq şəkər tozu, 2-ci yer tutan Vaqif Abbasova (Bərdə) 400 kq şəkər tozu, 3-cü yeri tutmuş mülkiyyətçi Rasim Kərimova (Füzuli) isə 300 kq şəkər tozu hədiyyə edilib.

Tədbirdə həmçinin şəkər çuğundurunun yığımı kampaniyasına start verilib.

Qeyd edək ki, 2009-cu ildə İmişli Şəkər Zavodu tərəfindən 3 min nəfər torpaq mülkiyyətçisi ilə istehsal müqaviləsi bağlanıb və minlərlə hektar ərazidə şəkər çuğunduru əkilib. Bu sahələrdən 850 hektarı cəbhə xəttində yerləşir. Bu da düşmənlə təmas xəttində yaşayan insanların məşğulluğuna şərait yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR