Bank Of Baku

Keyfiyyətsiz duz istehsalı və satışının qarşısı alınıb

Keyfiyyətsiz duz istehsalı və satışının qarşısı alınıb
# 14 sentyabr 2010 12:32 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keyfiyyətsiz duzların satışının qarşısının alınması ilə bağlı tədbirlər davam etdirilir.

İİN-dən “APA-Economics”ə verilən məlumata görə, satışda olan duzların laborator müayinəsi zamanı Abşeron rayonunun Saray qəsəbəsində Taleh Quliyevə məxsus istehsalat sahəsində istehsal olunmuş yodlaşdırılmış xörək duzunun tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib.

Bununla əlaqədar sahibkar Taleh Quliyevə məxsus istehsalat sahəsində duz istehsalı və satışının qanunauyğunluğu ilə bağlı aparılmış yoxlama zamanı duz istehsalında mənşəyi bəlli olmayan xammaldan istifadə edildiyi, sellofan paketdə qablaşdırılmış “Xan” adlı ekstra yodlaşdırılmış duzun üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi və üzərində Azərbaycan dilində markalanmanın olmadığı, məhsulun qablaşdırılmasında uyğunluq və gigiyenik sertifikatları olmayan bükmə materiallarından istifadə olunduğu müəyyən edilib.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar istehsal edilmiş 1,4 ton duzun satışının dayandırılması və bu duzların ticarət şəbəkəsindən geri yığılması, mənşəyi bəlli olmayan 23 ton xammaldan və uyğunluq və gigiyenik sertifikatı olmayan bükmə materiallarından istifadənin qadağan edilməsi, istehsalat sahəsində duz istehsalı və satışının dayandırılması barədə sahibkar Taleh Quliyevə icrası məcburi göstəriş verilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara Abşeron rayonu, Saray qəsəbəsində Taleh Quliyevə məxsus istehsalat sahəsində istehsal olunmuş xörək duzunu almamağı tövsiyə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR