Bank Of Baku

“Aysu” sərinləşdirici içkilərini istehsal edən şirkət cərimələnib

“Aysu” sərinləşdirici içkilərini istehsal edən şirkət cərimələnib
# 15 sentyabr 2010 11:52 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə “Aysu” əmtəə nişanlı sərinləşdirici içkilərin istehsalı ilə məşğul olan “Aysu Qida Sənaye LTD” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.

İİN-dən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə “Aysu Qida Sənaye LTD” MMC-yə 5,6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabətə qarşı tədbirlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR