Bank Of Baku

İmişlidə “Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda tədbir keçirilib

İmişlidə “Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda tədbir keçirilib
# 15 sentyabr 2010 13:05 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün İmişlidə “Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda növbəti tədbir keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbir Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə İİN-in, İmişli rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də İmişli rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib. Nazirliyin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Siyavuş Mustafayev, Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Fərid İsayev və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin aparıcı məsləhətçisi Tural Əliyev çıxış edərək, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, hazırda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri kimi sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsinin, onların zəruri nəzəri biliklərə, praktiki bacarıqlara malik olmasının, beynəlxalq təcrübənin öyrənilməsinin, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsinin əhəmiyyətini vurğulayıb, biznes tədrisi sisteminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində Bakı Biznes Tədris Mərkəzi tərəfindən görülən işlər barədə məlumat verib.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Nurəddin Eynullayev sahibkarlar üçün “Biznesdə risklərin idarə edilməsi” və “Biznesin sığortalanması” mövzularında məruzələrlə çıxış edib.

Tədbir zamanı həmçinin İİN və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin təşkili və inkişafı üçün yaratdığı imkanlar barədə sahibkarlara ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR