Bank Of Baku

Azərbaycanda aparılan un və çörəyin qiymətinin monitorinqinin ilkin nəticələri açıqlanıb

Azərbaycanda aparılan un və çörəyin qiymətinin monitorinqinin ilkin nəticələri açıqlanıb
# 16 sentyabr 2010 10:43 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinqlər nəticəsində dünya bazarında buğdanın qiymətinin artması ilə əlaqədar ölkə ərazisində son zamanlar buğda ununun istehsalçı qiymətinin yüksəlməsi və bunun nəticəsində unun pərakəndə satış qiymətinin də artması müşahidə edilib.

Bununla yanaşı, ölkə əhalisinin çörəklə təminatında xüsusi çəkisi böyük olan təsərrüfat subyektləri tərəfindən istehsal olunan çörəyin qiymətində indiyədək artım qeydə alınmayıb.

«Eyni zamanda aparılmış təhlillər göstərir ki, buğda ununun hazırkı topdansatış qiyməti ilə çörək istehsalı rentabelli olduğundan, buğda ununun qiymətindəki bu artım çörəyin bahalaşmasına səbəb olmayacaq», - deyə Nazirlikdən bildirilib.

Qeyd edək ki, Dövlət Xidməti un və çörəyin qiyməti ilə bağlı monitorinqlərini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR