Bank Of Baku

Bakıda «İşəgötürənlərin səmərəli təşkili» mövzusunda seminar keçiriləcək

Bakıda «İşəgötürənlərin səmərəli təşkili» mövzusunda seminar keçiriləcək
# 16 sentyabr 2010 14:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabrın 20-22-də Beynəlxalq Əmək Təşkilatı (BƏT) işəgötürənlər təşkilatlarının möhkəmləndirilməsi, onların səmərəli işləməsi üçün təşkilatın aparıcı işçilərinin təkmilləşdirilməsi məqsədi ilə Bakıda «İşəgötürənlərin səmərəli təşkili» mövzusunda seminar keçirəcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, seminar Cenevrədən İşəgötürənlər Təşkilatının baş məsləhətçisi və Turindən dəvət olunmuş menecer tərəfindən aparılacaq.

Seminarda ASK-nın rəhbərliyi, aparıcı mütəxəssisləri, regional nümayəndələri və bəzi üzvləri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR