Bank Of Baku

Salyanda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib

Salyanda «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib
# 17 sentyabr 2010 12:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın məsləhət-informasiya təminatının yaxşılaşdırılması məqsədilə «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda Salyan rayonunda tədbir keçirilib.
İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Salyan rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Siyavuş Mustafayev, Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Fərid İsayev və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin aparıcı məsləhətçisi Tural Əliyev çıxış edərək hazırda ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıblar, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov isə sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri kimi sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıb. A.Fərruxov həmçinin, sahibkarlara tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi, onlara beynəlxalq təcrübənin öyrədilməsi, biznes tədrisi sisteminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində Bakı Biznes Tədris Mərkəzi tərəfindən görülən işlər barədə məlumat verib.
Tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Nürəddin Eynullayev sahibkarlar üçün «Biznesdə risklərin idarə edilməsi» və «Biznesin sığortalanması» mövzularında məruzələrlə çıxış edib, təqdimatlar keçirib, həmçinin sahibkarlara Bakı Biznes Tədris Mərkəzinin hazırladığı «Sahibkarlar üçün: sığorta haqqında zəruri biliklər» adlı məlumat kitabçası və digər metodiki vəsaitlər paylanıb.
Qeyd edək ki, Bakı Biznes Tədris Mərkəzi «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda analoji tədbirləri Sabirabad və İmişli rayonlarında da keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR