Cəlilabadda «İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri» mövzusunda konfrans keçirilib
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə dövlət qurumları və ictimai təşkilatların nümayəndələri, həmçinin Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 200-dən çox sahibkar iştirak edib.
Konfransda çıxış edən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev bildirib ki, hazırda ölkə iqtisadiyyatında davamlı inkişaf təmin olunub, Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilmiş, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Z.İsayevin sözlərinə görə, əhalinin gəlirlərinin yüksəlməsi insanların müxtəlif mallara və xidmətlərə olan tələbatını artırıb, nəticədə istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıb.
Ölkədə istehsalın həcminin, malların və xidmətlərin növlərinin artdığını qeyd edən Zahid İsayev istehlak bazarında hələ də keyfiyyətsiz məhsulların satılması hallarına rast gəlindiyini bildirib, bu sahəyə diqqətin daha da artırıldığını vurğulayıb: «Cari ilin yanvar-avqust ayları ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, keyfiyyət və təhlükəsizlik göstəriciləri, həmçinin etiketlənməsi normativ sənədlərin tələblərinə cavab verməyən 954,9 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb. Bu ərzaq məhsullarının 260,8 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 529,7 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb və 134,1 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir. Bu dövrdə qeyd edilən səbəblərdən 367,6 ton qeyri-ərzaq malları satışdan çıxarılıb, bu malların 58,5 tonu məhv edilib, 220,6 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 88,5 tonu ilə bağlı araşdırmalar davam etdirilir».
Z.İsayev onu da bildirib ki, hesaat dövründə qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ümumilikdə 1 080 qərar qəbul olunub və inzibati xətaya yol vermiş şəxslər 1 608,4 min manat məbləğində cərimə edilib.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr», «Qüsurlu mal satılarkən istehlakçının hüquqlarının təmin edilməsində sahibkarların vəzifələri», «İstehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət», «İstehlakçıların keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində sahibkarların vəzifələri» mövzularında məruzələrlə çıxış edib.
Sahibkarlıq
Khalid Khalafalla: Özəl Sektor Forumunda əldə olunan razılaşmalar əməkdaşlıq imkanlarını genişləndirdi
İslam İnkişaf Bankı Qrupunun sədri: Azərbaycanla əməkdaşlıq yeni mərhələyə qədəm qoyub
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub - FOTO
Xəbər Lenti
DÇ-2026: Uruqvay-Kabo-Verde qarşılaşmasında qalib müəyyənləşməyib
Zelenski: Ukrayna Patriot raketlərini istehsal etməyə hazırdır
III Çarlz ödədiyi vergilərin məbləğini açıqlayan ilk Britaniya monarxı olacaq
Almaniya Əfqanıstana deportasiyaları sürətləndirir
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
Tusk: Polşa ilə Ukrayna arasında qarşıdurma strateji səhvdir
Qətərdə mayeləşdirilmiş təbii qaz zavodunda partlayış baş verib
Zelenski: Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək
Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb
İsrail “İslami Cihad” və HAMAS-ın xüsusi təyinatlı üzvlərinin məhv edildiyini açıqlayıb
Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək
ABŞ İranın “Hizbullah”ı İsrailə hücumları dayandırmağa razı salmasını istəyir
Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətləri icraata qəbul edib
KİV: İran nümayəndə heyəti İsveçrədə ABŞ-la danışıqları davam etdirir - YENİLƏNİB
“Qarabağ” DÇ-2026-nın iştirakçısı olan qapıçını transfer edib
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
İsrail ordusu Livanda döyüşlərin yenidən başlaya biləcəyini açıqlayıb
Moskvada inzibati binada güclü yanğın baş verib, 60 nəfər təxliyə edilib
Uolts: ABŞ İranın neft gəlirlərinin necə xərclənəcəyinə nəzarət etmək istəyir
IRIB: İran və Qətər nümayəndə heyətləri İsveçrədə ikitərəfli məsləhətləşmələr aparır
İsveçrədə ABŞ və İran arasında danışıqlar dayandırılıb - YENİLƏNİB-1
ABŞ-da təyyarə qəzaya uğrayıb, 3 İsrail vətəndaşı ölüb
İran tərəfi ABŞ nümayəndə heyəti ilə salamlaşma mərasimi və birgə foto çəkdirməkdən imtina edib
ABŞ Prezidenti: Britaniyanın Baş naziri Kir Starmer istefa verəcək
Tramp İrana Hizbullahla bağlı xəbərdarlıq edib
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq, İranla ilk görüşdə ciddi irəliləyiş əldə olunub - YENİLƏNİB
XİN-ə diplomatik xidmətə qəbul üzrə müsabiqənin birinci mərhələsi keçirilib
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
SOCAR: Dübəndi çimərliyinin neftlə çirklənməsinə sualtı kəmərin zədələnməsi səbəb olub
İran XİN: ABŞ-la yekun saziş üzrə danışıqlar beş bənd icra olunmadan başlamayacaq
Pezeşkian: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
Pakistan Baş naziri və ordu komandanı İsveçrədə Venslə görüşüb
Bərpa işləriylə əlaqədar Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib
İranın Birinci vitse-prezidenti: Hörmüz boğazı bizə məxsusdur - VİDEO
Sabah yağış yağacaq
Niger Məsləhət Şurasının sədri Azərbaycana səfərə gəlib
Azərbaycana yay fəsli daxil olub
İsveçrədə İran və ABŞ arasında danışıqların proqramı məlum olub
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
İordaniya Kralı Azərbaycana səfərə dəvət edilib
Prezident İordaniya Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - FOTO
Bakıda kilsədə Argentinanın Milli Gününə həsr olunmuş “Te Deum” mərasimi keçirilib - VİDEO
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb - YENİLƏNİB
Kerç bərə keçidində daşımalar dayandırılıb
İsrail Ordusu Suriyanın cənubunda irəliləyir