Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi son bir ildə 10% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi son bir ildə 10% artıb
# 20 sentyabr 2010 06:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə 2 845,8 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,2% çox pullu xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 62%-ni hüquqi şəxslərin müəssisələri təmin edib. Bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2009-cu ilin eyni dövrünün səviyyəsini 7,9% üstələyərək 2 231,5 mln. manata çatıb.

Hesabat dövründə xidmət müəssisələrində hər bir ölkə sakini hər ay orta hesabla 39,8 manatlıq və ya 5,5 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə edib. Artımın 3,7 manatı (67,3%-i) hüquqi şəxs statuslu müəssisələr üzrə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR