Bank Of Baku

Gəncədə «Sahibkarlığın inkişafı: əldə edilən nailiyyətlər və perspektivlər» mövzusunda konfrans keçirilib

Gəncədə «Sahibkarlığın inkişafı: əldə edilən nailiyyətlər və perspektivlər» mövzusunda konfrans keçirilib
# 20 sentyabr 2010 13:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Gəncədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə «Sahibkarlığın inkişafı: əldə edilən nailiyyətlər və perspektivlər» mövzusunda konfrans keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, konfransda İqtisadi İnkişaf Nazirliyinin, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo), Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK), Gəncə Aqrar Akademiyasının, Kənd Təsərrüfatı Nazirliyinin Gəncə Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun nümayəndələri, həmçinin Gəncə-Qazax iqtisadi regionunda fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd edərək bildirib ki, hazırda «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır.

Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Nizami Qasımov çıxış edərək sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, dövlət proqramlarının uğurlu icrasında sahibkarların rolunu qeyd ediblər.

Tədbir zamanı Azpromo-nun vitse-prezidenti Rüfət Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, sahibkarların beynəlxalq əlaqələrinin inkişafında Azpromo-nun rolu, Azərbaycan İnvestisiya Şirkətinin Monitorinq şöbəsinin müdiri Elvin Aşırov qurumun fəaliyyəti və həyata keçirilən layihələr barədə təqdimatlarla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR