Bank Of Baku

Saxlama müddəti ötmüş 229 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 229 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 20 sentyabr 2010 13:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda Talıblı küçəsi ilə Bünyadzadə küçəsinin kəsişməsində yerləşən «Çinar market»də, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində M.Fətəliyev küçəsi, 35 ünvanında yerləşən «Qırmızı market»də, M.Fətəliyev küçəsi, ev 19 ünvanında Mənsurə İgidovaya məxsus ticarət obyektində, M.Fətəliyev küçəsi, 13 ünvanında yerləşən «Allahverdi market»də, Neftçilər küçəsi ilə Axundov küçəsinin kəsişməsində Bəhram Əhmədova məxsus mağazada, Ə.Yunusov küçəsində yerləşən «Ordubad market»də, Gənclik küçəsində Rövşən Məmmədova məxsus mağazada, Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsi, «D» massivində yerləşən «Xanbulan market»də, Qaraçuxur qəsəbəsində yerləşən «Nərmin market»də, Nərimanov rayonunda Azadlıq prospekti, ev 151 A ünvanında yerləşən «Holland market»də, Ağdam rayonunda Quzanlı qəsəbəsində Rahib Mustafayevə məxsus mağazada, Qusar rayonunda Ə.Səfixanov küçəsi Bahadır Mikayılova məxsus mağazada, Balakən rayonunda H.Əliyev prospektində yerləşən «Turan» mağazasında, Beyləqan rayonunda A.Ələkbərov küçəsində yerləşən «Qabil market»də, ümumi çəkisi 229 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR