Bank Of Baku

Goranboyda «Biznesin sığortalanması» mövzusunda seminar keçirilib

Goranboyda «Biznesin sığortalanması» mövzusunda seminar keçirilib
# 20 sentyabr 2010 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı və Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə-Qazax iqtisadi rayonu üzrə Goranboy rayonunda fəaliyyət göstərən sahibkarlar üçün «Biznesin sığortalanması» mövzusunda seminar keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin və «A qrup sığorta» şirkətinin Gəncə filialının nümayəndələri, eləcə də 30-a yaxın sahibkar iştirak edib.

Tədbirdə iştirakçılara risklərin mahiyyəti, məzmunu və təsnifatı, biznesdə risklərin azaldılması yolları, sığortanın mahiyyəti və qanunvericilik bazası, kənd təsərrüfatında sığortanın xüsusiyyətləri və s. barədə ətraflı məlumatlar verilib. Tədbir çərçivəsində sahibkarlara metodiki vəsaitlər paylanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR