Bank Of Baku

Azərbaycanda meyvə emalı ilə bağlı yeni investisiya layihələri üzrə təklif zərflərinin açılması proseduru keçirilib

Azərbaycanda meyvə emalı ilə bağlı yeni investisiya layihələri üzrə təklif zərflərinin açılması proseduru keçirilib
# 21 sentyabr 2010 10:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə sahibkarlıq subyektlərindən qəbul olunmuş təklif zərflərinin açılması prosedurunu keçirib. «APA-Economics»in məlumatına görə, buna həsr olunmuş tədbirdə çıxış edən Fondun icraçı direktoru Şirzad Abdullayev Fonda 8 təklifin daxil olduğunu bildirib və qeyd edib ki, bunlardan 3-ü Aran iqtisadi rayonu, 1-i Gəncə-Qazax iqtisadi rayonu, 1-i Şəki-Zaqatala iqtisadi rayonu, 3-ü isə Quba-Xaçmaz iqtisadi rayonundan daxil olub.

Təkliflər müasir tələblərə cavab verən kiçik və orta həcmli meyvə emalı (meyvələrin qurudulması və ya konservləşdirilməsi) müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinə aiddir.

Məcmu həcmi təxminən 9 mln. manat olan təqdim olunmuş bu layihələri üzrə təklif zərflərin açılması ilə onların qiymətləndirilməsinə başlanılıb ki, bu proses oktyabrın 5-dək davam edəcək ki, həmin gün Fond tərəfindən maliyyələşdiriləcək layihələr elan olunacaq. Qeyd edək ki, layihələrin seçilməsində onların sayına və maliyyələşdirmə həcminə görə məhdudiyyət qoyulmur.

Ş.Abdullayevin sözlərinə görə, təqdim olunmuş layihələr sırasında həm orta, həm də irihəcmli layihələr var. Belə ki, layihələrin dəyəri 0,230-1,700 mln. manat diapazonunda dəyişir. Bütün layihələr yerli sahibkarlar tərəfindən təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR