Bank Of Baku

Azərbaycanda bu il 115 mln. manat həcmində güzəştli kredit veriləcək

Azərbaycanda bu il 115 mln. manat həcmində güzəştli kredit veriləcək
# 21 sentyabr 2010 13:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2010-cu il ərzində sahibkarlara 72 mln. manat həcmində güzəştli kreditlər verilib. «APA-Economics»in məlumatına görə, bunu Fondun İcraçı Direktoru Şirzad Abdullayev bildirib.

Ş.Abdullayevin sözlərinə görə, ilin sonuna kimi bu göstəricinin 115 mln. manata çatdırılması nəzərdə tutulub. Hazırda Fond investisiya layihələri, xüsusən də kənd təsərrüfatı sahəsində layihələrin maliyyələşdirilməsində maraqlıdır ki, bunun üçün həm ölkənin bölgələrində, həm də mərkəzləşdirilmiş qaydada tədbirlər görülür.

Fond tərəfindən maliyyələşdirilən iri layihələr sırasında Ş.Abdullayev ilk növbədə soyuducu və taxıl anbarlarının tikintisini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR