Bank Of Baku

Neftçalada «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib

Neftçalada «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib
# 22 sentyabr 2010 12:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Neftçalada «Regionlarda sahibkarların maarifləndirilməsi» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Neftçala rayonunda fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Siyavuş Mustafayev, Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Fərid İsayev və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin baş məsləhətçisi Amil Məmmədov çıxış edərək hazırda ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov isə sahibkarlığın inkişafına dövlət dəstəyinin əsas komponentlərindən biri kimi sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi olduğunu vurğulayıb, sahibkarlara tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi, onlara beynəlxalq təcrübənin öyrədilməsi, biznes tədrisi sisteminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Nürəddin Eynullayev «Biznesdə risklərin idarə edilməsi» və «Biznesin sığortalanması» mövzularında məruzələrlə çıxış edib və təqdimatlar keçirib. Tədbirdə həmçinin, sahibkarlara Bakı Biznes Tədris Mərkəzinin hazırladığı «Sahibkarlar üçün: sığorta haqqında zəruri biliklər» məlumat kitabçası və digər metodiki vəsaitlər də paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR