Bank Of Baku

Şəmkirdə Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı mövzusunda tədbir keçirilib

Şəmkirdə Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı mövzusunda tədbir keçirilib
# 22 sentyabr 2010 13:31 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Şəmkirdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabət qabiliyyətli məhsul istehsalının artırılması” mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, hazırda «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası uğurla davam etdirilir, yeni müəssisələr və iş yerləri açılır, müasir infrastruktur yaradılır.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Nizami Qasımov çıxış edərək hazırda ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, dövlət proqramlarının uğurlu icrasında sahibkarların rolunu qeyd ediblər.

Nazirliyin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri regionların inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsində və müasir infrastrukturun yaradılmasında tədqiqatların əhəmiyyətini vurğulayıb, elmi-tədqiqatların regionların iqtisadi inkişafına yönəldilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) vitse-prezidenti Rüfət Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, sahibkarların beynəlxalq əlaqələrinin inkişafında Azpromo-nun rolu, Azərbaycan İnvestisiya Şirkətinin şöbə müdiri Elvin Aşırov qurumun fəaliyyəti və həyata keçirilən layihələr barədə təqdimatlarla çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR