Bank Of Baku

Azərbaycan siqaret ixracını azaldıb

Azərbaycan siqaret ixracını azaldıb
# 23 sentyabr 2010 09:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin ilk səkkiz ayı ərzində Azərbaycan 3 046,3 min ABŞ dolları dəyərində 1 276,8 ton tütün və 715,7 min dollar dəyərində 89 090,0 min ədəd tütün məmulatı ixrac edib.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə tütün ixracının dəyəri 7,1%, həcmi 2,7% artıb, tünün məmulatının ixrac dəyəri 1,1%, həcmi isə 36,4% azalıb.

Cari ilin yanvar-avqust aylarında Azərbaycana həmçinin 4 078,6 min dollar dəyərində 1 271,2 ton tütün və 141 600,7 min dollar dəyərində 7 212 496,8 min ədəd tütün məmulatı idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə tütün idxalının dəyəri 28,6% artıb, həcmi 21,8% azalıb, tünün məmulatlarının idxal dəyəri 2%, həcmi isə 0,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR