Bank Of Baku

ABŞ-ın nəhəng videokirayə şəbəkəsi iflasa uğrayıb

ABŞ-ın nəhəng videokirayə şəbəkəsi iflasa uğrayıb
# 23 sentyabr 2010 15:04 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın nəhəng videokirayə şəbəkəsi olan “Blockbuster Inc.” müflis olmaq haqda bəyanat verib.

APA-Economics”in “Reuters”ə istinadən məlumatına görə, buna səbəb şəbəkənin kreditorlarına 900 mln. dollar borcunun yaranmasıdır.

ABŞ-ın “Müflis olmaq haqqında” qanunun 11-ci maddəsinə uyğun olaraq “Blockbuster Inc.” Nyu-York Dairə Məhkəməsinə müraciət edərək, kreditorlardan müdafiə olunmasını xahiş edib. Şirkət müflis olma proseduru zamanı ABŞ-dakı 3 min mağazasının hamisinin işləyəcəyini bəyan edib. amma şirkətin xarici əməliyyatlarına (17 ölkədə 2600-dən artıq mağaza) kreditorlardan müdafiə olunma şamil edilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR