Bank Of Baku

Azərbaycanda RSI indeksi yenidən artıb

Azərbaycanda RSI indeksi yenidən artıb
# 24 sentyabr 2010 13:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2010-cu ilin avqust ayı üzrə 101,4% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks iyul ayında 100,3%, iyunda isə 101,1%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Belə ki, cari ilin avqust ayında ümumi pərakəndə dövriyyəsi 1 104,2 mln. manat, iyulda 1 089,4 mln. manat, iyunda 1 085,9 mln. manat, mayda 1 074 mln. manat, apreldə 986,6 mln. manat, martda 1 120,5 mln. manat, fevralda 975,2 mln. manat, yanvarda isə 1 016,4 mln. manat təşkil edib.

RSI indikatorunun artması hesabat ayında pərakəndə əmtəə dövriyyəsinin (dəyər ifadəsində) artım tempinin əvvəlki ayın eyni göstəricisindən üstün olduğunu göstərir. Göründüyü kimi, iyul ayında aylıq artım tempi 0,3% olduğu halda, avqustda artıq 1,4%-ə çatıb. Ümumilikdə isə, indeksin 100%-dən çox olması hesabat ayı üzrə pərakəndə əmtəə dövriyyəsinin əvvəlki ayla müqayisədə artmasını əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR