Bank Of Baku

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verən “Murad İM” MMC-yə maliyyə sanksiyası tətbiq olunub

İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verən “Murad İM” MMC-yə maliyyə sanksiyası tətbiq olunub
# 24 sentyabr 2010 16:32 (UTC +04:00)
Bakı-APA. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, “Murad İM” MMC-yə 1,9 min manat maliyyə sanksiyası tətbiq edib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılan yoxlama zamanı qablaşdırılarkən üzərində istehsalçısı, tərkibi, saxlanma şəraiti və istehsal tarixi barədə məlumatlar düzgün göstərilmədiyinə görə satışı dayandırılmış “Sevimli” adlı 1,5 ton məhsulun qablaşdırılması və markalanmasının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, mənşəyi bəlli olmayan 1,3 ton noxud və noxud ləpəsinin satışının qadağan edilməsi, eləcə də üzərində istehlakçıları çaşdıran məlumatlar əks olunmuş 5580 ədəd qablaşdırma materiallarının məhv edilməsi barədə müəssisəyə icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR