Bank Of Baku

Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı 16% azalıb

Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı 16% azalıb
# 25 sentyabr 2010 11:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Bakı Metropolitenindən 118 mln. sərnişin istifadə edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə metro nəqliyyat vasitəsi ilə yararlanan sərnişinlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 15,7% azalıb.

Qeyd edək ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var.

Xatırladaq ki, 2009-cu ilin noyabr ayının 10-da Azərbaycan prezidenti tərəfindən «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» sərəncam imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR