Bank Of Baku

Azərbaycanda 80 ton keyfiyyətsiz duz satışdan çıxarılıb

Azərbaycanda 80 ton keyfiyyətsiz duz satışdan çıxarılıb
# 27 sentyabr 2010 10:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keyfiyyətsiz duzların satışının qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, satışda olan duzlardan götürülmüş nümunələrin laborator müayinəsi zamanı Donetsk vilayətinin Slovyansk şəhərində (Ukrayna) yerləşən «Slovyansk duzçıxarma şirkəti»ndə istehsal edilmiş 1 kq-lıq «Ekstra» və Həştərxan vilayətinin Nijni Baskunçak qəsəbəsində (Rusiya) yerləşən «Bassol» ASC-də istehsal edilmiş 1 kq-lıq «Sol» yodlaşdırılmış süfrə duzlarının tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən edilib.

Bununla əlaqədar olaraq həmin duzların idxalçısı olan «Lavanda» MMC-nin Gəncə və Xaçmaz şəhərlərində yerləşən anbarlarında olan duzlardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinə nəticəsində də «Ekstra» və «Bassol» ASC-də istehsal edilmiş «Sol» yodlaşdırılmış süfrə duzlarının tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən olunub.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar müəssisənin anbarında olan 67,7 ton «Ekstra» və 10,5 ton «Sol» yodlaşdırılmış süfrə duzlarının satışının qadağan edilməsi və bu duzların ticarət şəbəkəsindən çıxarılması barədə «Lavanda» MMC-yə Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR