Bank Of Baku

Azərbaycan sement istehsalını azaldıb

Azərbaycan sement istehsalını azaldıb
# 27 sentyabr 2010 16:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda tikinti materialları sənayesində müəssisələr tərəfindən 251,4 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, müəssisələr tərəfindən 845,6 min ton sement istehsal edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə sement istehsalı 0,4% azalıb.

Eyni zamanda hesabat dövründə ölkədə 22 min ton tikinti gipsi (ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 16,5% az), 187,1 min kub-metr tikinti kərpici (+23,4%), 436,3 min ton asfalt (-75,1%), 30,8 min kub-metr betondan yığma-tikinti konstruksiyaları (+2,4 dəfə), 627,6 min ton hörmə üçün hazır beton qarışığı (-25,9%) istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR