Bank Of Baku

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin 99,3%-i özəl bölmənin payına düşür

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin 99,3%-i özəl bölmənin payına düşür
# 28 sentyabr 2010 07:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda 2010-cu ilin yanvar-avqust ayları ərzində pərakəndə əmtəə dövriyyəsinin həcmi 8 452,2 mln. manat təşkil edib ki, bunun da 8 390,4 mln. manatı və ya 99,3%-i qeyri-dövlət bölməsinin payına düşür.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, dövlət bölməsinin payına isə yalnız 61,8 mln. manat və ya 0,7%-lik pay düşür.

Bu göstəricilər Azərbaycanda pərakəndə ticarətin tamamilə özəl sektora aid olduğunu əks etdirir. Eyni zamanda dövlət bölməsində ötən illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin artımı cəmi 2,4% təşkil etdiyi halda, özəl bölmədə bu göstərici 8,3%-ə bərabər olub ki, nəticədə məcmu dövriyyəsinin artım tempi də 8,3% təşkil edib.

Qeyd edək ki, 2010-cu ilin yanvar-avqust aylarında əhaliyə satılmış ərzaq məhsullarının həcmi 7,4% artaraq 5525,7 mln. manat, qeyri-ərzaq mallarının həcmi 11,2% artaraq 2926,5 mln. manat olub. Beləliklə, pərakəndə əmtəə dövriyyəsinin strukturunda ərzağın payı 65,4%, qeyri-ərzağın payı isə 34,6%-ə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR