Bank Of Baku

Azərbaycanda əqli mülkiyyət sahəsində strategiya hazırlanacaq

Azərbaycanda əqli mülkiyyət sahəsində strategiya hazırlanacaq
# 29 sentyabr 2010 09:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əqli mülkiyyət sahəsində Avropa mütəxəssisləri ilə birlikdə inkişaf strategiyası hazırlanacaq.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

R.Həsənovun sözlərinə görə, Azərbaycan tərəfindən inkişafına böyük diqqət yetirilən bu sahədə Avropa standartlara uyğunlaşdırma çox vacibdir. Bu məqsədlə oktyabrın üçüncü dekadasında Azərbaycana Avropa mütəxəssislərinin səfəri, Komitə ilə birlikdə müvafiq işlərə başlaması gözlənilir.

Qeyd edək ki, strategiyanın birgə hazırlanması barədə razılıq Dünya Əqli Mülkiyyət Təşkilatının bu yaxınlarda keçirilmiş iclasında əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR