Bank Of Baku

Lənkəran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı mövzusunda tədbir keçirilib

Lənkəran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı mövzusunda tədbir keçirilib
# 30 sentyabr 2010 10:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Lənkəranda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Lənkəran şəhər İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə «Lənkəran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo), Lənkəran iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 60-a yaxın sahibkarlıq subyektinin nümayəndələri iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Nizami Qasımov çıxış edərək hazırda ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, dövlət proqramlarının uğurlu icrasında sahibkarların rolunu qeyd ediblər.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev sahibkarlıq fəaliyyətinin genişlənməsində və müasir infrastrukturun yaradılmasında tədqiqatların əhəmiyyətini vurğulayıb, elmi tədqiqatların regionların iqtisadi inkişafına yönəldilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Lənkəran iqtisadi rayonuna daxil olan rayonların icra hakimiyyətlərinin nümayəndələri regionların inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası üçün görülən işlərdən danışıb, yeni istehsal və emal sahələrinin yaradıldığını vurğulayıb, məhsul istehsalının daha da artırılması istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat veriblər.

Bundan başqa, Azpromo-nun vitse-prezidenti Rüfət Məmmədov Azərbaycanın investisiya və ixrac imkanları, sahibkarların beynəlxalq əlaqələrinin inkişafında Azpromo-nun rolu barədə təqdimatla çıxış edib.

ASK-nın baş katibi Məmmədəli Əfəndiyev isə Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan, sahibkarlara dövlət dəstəyi mexanizmlərindən geniş bəhs edib, yeni texnologiyaların tətbiqinin sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıb.

Tədbirdə həmçinin Lənkəran iqtisadi rayonunda istehsalın modernləşdirilməsi və həcminin daha da artırılması məsələləri ilə bağlı müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR