Bank Of Baku

Saxlama müddəti ötmüş 260 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Saxlama müddəti ötmüş 260 kq ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 30 sentyabr 2010 15:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Nəsimi rayonunda Azərbaycan Dövlət Dəmiryol Vağzalının kassa zalında Ceyhun Abbasova və Qurbanəli Qasımova məxsus mağazalarda, S.Rəhman küçəsi, ev 16 ünvanında İlqar Mahmudova məxsus mağazada, Mərdanov qardaşları küçəsi, 139 ünvanında Vaqif Hüseynova məxsus mağazada, Nərimanov rayonunda Ə.Əlizadə küçəsi, ev 42/9, mənzil 19 ünvanında yerləşən «XXI əsr market»də, Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında yerləşən «Dadlı market»də, Ak. H.Əliyev küçəsi, ev 57 ünvanında Asəf Zöhrabova məxsus mağazada, Səbail rayonunda Xəqani küçəsi, 10 ünvanında yerləşən «Sultan S» restoranında, Abşeron rayonunda Masazır qəsəbəsində Sevda Saidovaya məxsus mağazada, Nizami rayonunda Q.Qarayev prospekti, 83 ünvanında yerləşən «Anar market»də, S.Rüstəmov küçəsi, 36 ünvanında yerləşən «Emil market»də, Xətai rayonunda Babək prospekti, ev 10D ünvanında yerləşən «Bahar market»də, Sabunçu rayonunda Maştağa qəsəbəsi, Axund Şeyx Hüseyn küçəsi, ev 1 ünvanında yerləşən «Savalan market»də, Aydın Kazımova məxsus mağazada, Seyid İbad Ağa küçəsi, döngə 4, mənzil 3 ünvanında yerləşən «Halal market»də, Bərdə rayonunda Nizami küçəsində Vüsal Məmmədova məxsus mağazada, Ü.Hacıbəyov küçəsində Samir Məmmədova məxsus mağazada Quba rayonunda Nərimanabad kəndində Elçin Allahverdiyevə məxsus mağazada, Zaqatala rayonunda Yuxarı Tala kəndində yerləşən «Murad» mağazasında, ümumi çəkisi 260 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR