Bank Of Baku

Qaxda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib

Qaxda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
# 01 oktyabr 2010 10:23 (UTC +04:00)
Qax. Vüqar Heydərov - APA. Qaxda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) təşkilatçılığı ilə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.

Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon İcra Hakimiyyəti aparatından məlumat verilib.

Məlumata görə, sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Qax RİH-in başçısı Musa Şəkiliyev, Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 250 sahibkar, SKMF-in icraçı direktoru Şirzad Abdullayev iştirak edib.

Şirzad Abdullayev çıxışında Fondun fəaliyyəti və güzəştli kreditlər hesabına regionlarda həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbir çərçivəsində həmçinin sahibkarlar üçün treninq keçirilib. Treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilib, güzəştli kreditlərin əldə olunması proseduru, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin (biznes-planların) hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilib.

Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Qax və ətraf rayonlarda fəaliyyət göstərən 24 sahibkarlıq subyektinə 337 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 57 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR