Bank Of Baku

Zərdabda «Regionlarda sahibkarların maarifləndirilməsi»nə dair tədbir keçirilib

Zərdabda «Regionlarda sahibkarların maarifləndirilməsi»nə dair tədbir keçirilib
# 01 oktyabr 2010 13:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Zərdab rayonunda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin, Zərdab rayon İcra Hakimiyyətinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə «Regionlarda sahibkarların maarifləndirilməsi»nə dair tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin və Zərdab rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Zərdab rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Hüseyn Məmmədov, İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Mehdi Həsənov çıxış edərək «Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının uğurla davam etdirildiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, regionlarda müasir texnologiyaların tətbiqi ilə yeni müəssisələrin yaradıldığını, iş yerlərinin açıldığını qeyd ediblər.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarlıq fəaliyyətinin genişləndirilməsində maarifləndirmənin xüsusi əhəmiyyətini vurğulayıb, sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi, onlara beynəlxalq təcrübənin öyrədilməsi, biznes tədrisi sisteminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində Mərkəz tərəfindən görülən işlər barədə məlumat verib.

Tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rauf Rzayev «Biznesdə risklərin idarə edilməsi» və «Biznesin sığortalanması» mövzularında məruzələrlə çıxış edib və təqdimatlar keçirib. Sahibkarlara Bakı Biznes Tədris Mərkəzinin hazırladığı «Sahibkarlar üçün: sığorta haqqında zəruri biliklər» məlumat kitabçası və digər metodiki vəsaitlər də paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR