Bank Of Baku

«Ikea» şirkəti tarixində ilk dəfə illik mənfəətini açıqlayıb

«Ikea» şirkəti tarixində ilk dəfə illik mənfəətini açıqlayıb
# 04 oktyabr 2010 10:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya bazarında mebel və ev avadanlıqları satışı ilə məşğul olan İsveçin «Ikea» şirkəti fəaliyyət tarixi ərzində ilk dəfə illik mənfəətini açıqlayıb.

«APA-Economics»in «Financial Times»a istinadən verdiyi məlumata görə, «Ikea» bu addımı şirkətin işçiləri və kontragentləri tərəfindən mənfəətin açıqlanmasına dair tələblərindən sonra atıb.

«Ikea»nın icraçı direktoru Mikael Olssonun sözlərinə görə, ötən maliyyə ili ərzində şirkətin xalis mənfəəti 11,3% artaraq 2,5 mlrd. avro təşkil edib. Şirkətin gəlirləri isə 21 mlrd. avrodan artıq olub.

Qeyd edək ki, 1943-cü ildən fəaliyyət göstərən «Ikea»nın qiymətli kağızları birjada kotirovka olunmadığından şirkət öz maliyyə göstəricilərini açıqlamaya bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR