Bank Of Baku

Saxlama müddəti ötmüş 150 kq ərzaq malları satışdan çıxarılıb

Saxlama müddəti ötmüş 150 kq ərzaq malları satışdan çıxarılıb
# 04 oktyabr 2010 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 8 ünvanında yerləşən «NN market»də, Şərifzadə küçəsi, ev 241 ünvanında yerləşən «Babək market»də, Yeni Yasamal Yaşayış Massivi, ev 2 ünvanında yerləşən «Aləm market»də, Yeni Yasamal Yaşayış Massivi, ev 6 ünvanında yerləşən «Ulduzlu market»də, H.Cavid prospekti, 556/57-ci məhəllədə yerləşən «Böyükfırat Lahmacun» kafesində, Nərimanov rayonunda Təbriz küçəsi, 19A ünvanında yerləşən «Çiyələk market»də, Z.Bünyadov prospekti, ev 32 ünvanında yerləşən «Moskva ərzaqları mini market»də, Nəsimi rayonunda S.Rüstəm küçəsi, 60/651 ünvanında Kamran Rəhimova məxsus mağazada, R.Behbudov küçəsi, 62 ünvanında yerləşən «Şahin market»də, Binəqədi rayonunda Atatürk prospekti, ev 62 ünvanında yerləşən «Market-1»də, Şabran rayonunda Gəndob kəndində Firudə Hacıyevaya məxsus mağazada, Zaqatala rayonunda Əliabad qəsəbəsində yerləşən «Kura» mağazasında, ümumi çəkisi 150 kiloqramdan çox olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR