Bank Of Baku

Azərbaycanda yüksək keyfiyyətli çörək istehsalı ilə bağlı investisiya təkliflərinin qəbuluna başlanılıb

Azərbaycanda yüksək keyfiyyətli çörək istehsalı ilə bağlı investisiya təkliflərinin qəbuluna başlanılıb
# 05 oktyabr 2010 10:31 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, sahibkarlardan müvəkkil kredit təşkilatları vasitəsilə təkliflərin qəbulu bu il noyabr ayının 8-də başa çatacaq: «Təklif zərfləri noyabrın 10-da açılacaq, maliyyələşdirilməsi barədə qərar qəbul olunan investisiya layihələri isə noyabrın 24-də elan olunacaq».

Ş.Abdullayev onu da bildirib ki, hazırda ölkədə ildə 1,2 mln. ton çörək istehlak olunur və bu istehlak səbətində də öz əksini tapıb: «Müasir standartlara cavab verən çörək istehsalı müəssisələrinin yaradılması və ya müasir texnologiyaların tətbiqi çörək istehsalı sahəsində itkiləri maksimum azaldacaq. Eyni zamanda, texnologiyaların tətbiqi istehsal olunan çörəyin maya dəyərini aşağı salmağa imkan verəcək, gigiyenik-sanitar normaları da təmin olunacaq».

SKMF rəhbərinin sözlərinə görə, çörək istehsalı müəssisələrinin yaradılmasına ölkənin bütün regionlarının ehtiyacı var və sözügedən investisiya layihələrinin maliyyələşdirilməsində hər hansısa regiona üstünlük verilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR